Modern.az

ABŞ Dövlət Departamenti Ermənistanın qərarına münasibət bildirdi

ABŞ Dövlət Departamenti Ermənistanın qərarına münasibət bildirdi

Təhsil

23 Aprel 2010, 09:53

ABŞ Dövlət Departamenti Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyə-Ermənistan protokollarının ratifikasiyasının dondurulması barədə qərarına münasibət açıqlayıb. Modern.az erməni mətbutına istinadən xəbər verir ki,  Depratamentin mətbuat katibi Filipp Krouli keçirdyi mətbuat konfransında bəyan edib ki, Amerika tərəfi Serj Sərkisyanın Türkiyə-Ermənistan protokollarının ratifikasiyasının dondurulması barədə qərarından təəccüblənməyib.

  

“Tərəflərdən heç birinin prosesi tərk etməməsi bizi cəsarətləndirir. Amma hamımız bunun fərqindəyik ki, prosesdə irəliləyişə nail olmaq üçün, yeni bir sürətlənməyə nail olmaq üçün bir az zamana ehtiyacımız olacaq. Dolayısı ilə açıqlamaya təəccüblənmədik. Serj Sarkisyanın açıqlaması Ermənistanın prosesi başa çatdırmadığını, amma Türkiyə tərəfi irəliləməyə hazır olana qədər dondurulduğunu bildirir. Serj Sərkisyanın sülh, sabitlik və uzlaşma istiqamətində çalışmaya davam etmək qərarını təqdir edirik. Normallaşma prosesinin Türkiyə və Ermənistan üçün olduğu qədər Qafqaz bölgəsi üçün də fayda verəcəyinə inanırıq”. Filip Krouli bildirib ki, ABŞ tərəfləri normallaşma istiqamətində səylərin davam etdirilməsi üçün qapıları açıq saxlamağa çağırır.

 

Filip Krouli əlavə edib ki, son vaxtlar Birləşmiş Ştatlar tərəflərlə aktiv danışıqlar aparır: “Vaşinqtonda ermənilər və türklərlə danışıqlarımız olur. Azərbaycanla da davam edən təmaslarımız var. Hər iki tərəfin protokolların ratifikasiyası prosesində bəzi maneələrlə üzləşdiyini anlayırıq”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!