Modern.az

Dağıstanda PARTLAYIŞ

Dağıstanda PARTLAYIŞ

Dünya

30 Dekabr 2023, 15:44

RF Dağıstanda partlayış qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Dağıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Belə ki, yaşayış binasında qaz-hava qarışığının partlaması baş verib. Nəticədə 5 nəfər xəsarət alıb ki, onlardan 4-ü xəstəxanaya yerləşdirilib.

 

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, partlayış nəticəsində yanğın baş verməyib.

 

TASS yazıb ki, zərərçəkənlər mərkəzi şəhər xəstəxanasına çatdırılıblar. Onların vəziyyəti ilə bağlı təfərrüatlar yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi