Modern.az

İvanişvili baş nazir olmaq istəmir 

İvanişvili baş nazir olmaq istəmir 

Dünya

30 Dekabr 2023, 15:58

Xəbər verdiyimiz kimi, bu gün gürcü milyarder Bidzina İvanişvili siyasətə qayıdıb. “Gürcü Arzusu”nun yaradıcısı hakim partiyanın siyasi şurasının yeni sədri seçilib.

 

Modern.az-ın məlumatına görə, qurultayın sonunda jurnalistlərin suallarına cavablandıran milyarder baş nazir postuna namizəd olmayacağını bildirib.

 

İvanişvili bildirib ki, bu məsələyə baxılmır.

 

"Yeni vəzifəmlə əlaqədar olaraq, mən partiyanın idarəçiliyinə qarışmayacağam və yalnız məsləhətçi olacağam", - İvanişvili qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi