Modern.az

Şəhərlərə hücum etməyin! - BMT-dən ÇAĞIRIŞ

Şəhərlərə hücum etməyin! - BMT-dən ÇAĞIRIŞ

Dünya

31 Dekabr 2023, 09:28

BMT baş katibinin köməkçisi Xalid Hiari Təhlükəsizlik Şurasının Belqorodla bağlı keçirilən iclasında münaqişə tərəflərini insanların məskunlaşdığı ərazilərə, mülki obyektlərə və mülki şəxslərə hücum etməməyə çağırıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Biz həm Ukraynada, həm də Rusiyada şəhər, qəsəbə və kəndlərə edilən bütün hücumları birmənalı şəkildə pisləyirik”, - deyə bildirib.

 

Hiari əlavə edib ki, mülki şəxslərə və infrastruktura hücumlar beynəlxalq humanitar hüququ pozur: “Bunlar qəbuledilməzdir və dərhal dayandırılmalıdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi