Modern.az

Türk diplomatı qətlə yetirən terrorçu ZƏRƏRSİZLƏŞDİRİLDİ

Türk diplomatı qətlə yetirən terrorçu ZƏRƏRSİZLƏŞDİRİLDİ

Dünya

31 Dekabr 2023, 11:53

İraqda türkiyəli diplomat Osman Kösenin qətlə yetirildiyi cinayətin iştirakçısı PKK-çı Renas Derik kod adlı Cəmil Akar Milli Kəşfiyyat Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi birgə hava əməliyyatı nəticəsində zərərsizləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

 

Qeyd edək, Cəmil Akar 2014-cü ilin sonlarında qanunsuz şəkildə Türkiyədən Suriyaya keçib və terror təşkilatının əyalət üzrə üzvlərinə qoşulub. O, PKK/KCK-nın Xüsusi Qüvvələr adlanan strukturunda fəaliyyət göstərib. O, 2017-ci ildə Mahmurda kəşfiyyat təlimindən keçib. Ərbil hücumundan əvvəl o, digər cinayət iştirakçıları ilə görüşmək və aksiyanı planlaşdırmaq üçün kənddən Mahmur düşərgəsinə gedib.

 

Xatırladaq ki, 2019-cu ilin iyulun 17-də türkiyəli diplomat Osman Köse İraqın Ərbil şəhərində restoranda terrorçuların hücumuna uğrayaraq şəhid olub.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi