Modern.az

ABŞ gəmisi husilərin iki raketini vurdu

ABŞ gəmisi husilərin iki raketini vurdu

Dünya

31 Dekabr 2023, 13:28

ABŞ-nin “Gravely” hərbi gəmisi Qırmızı dənizdə husilərin raketlərini zərərsizləşdirib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama yayıb.

 

Bildirilib ki, gəmi husilərin Danimarkanın “Maersk” şirkətinin konteyner gəmisinə hücumuna cavab olaraq iki gəmi əleyhinə ballistik raketi vurub.

 

Qeyd edək ki, “Maersk” ticarət gəmisi Qırmızı dənizin cənubundan keçərkən atəşə tutulub. Gəmiyə ciddi ziyan dəyməyib və tələfat olmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi