Modern.az

Misir kəşfiyyatı İsraildə - Qəzzada barışıq müzakirə olunacaq

Misir kəşfiyyatı İsraildə - Qəzzada barışıq müzakirə olunacaq

Dünya

31 Dekabr 2023, 15:55

Misir kəşfiyyatının heyəti Qəzza zolağında müharibəyə son qoymaq haqqında mümkün razılaşma ilə bağlı uzlaşmaq üçün cümə axşamı günü Təl-Əvivə səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Al-Araby Al-Jadeed” qəzeti yazıb.

 

Bildirilib ki, Misir nümayəndə heyətinin vəzifələrindən biri hərtərəfli razılıq əldə olunacağı təqdirdə İsrailin Qəzza zolağından qoşunlarını çıxarmağa hazır olması ilə bağlı cavab almaq olub.

 

Lakin İsrail hökumət rəsmiləri bu məsələlərin hərbi şurada müzakirə ediləcəyini və daha sonra Misirə cavab veriləcəyini təsdiqlədiyi üçün nümayəndə heyəti heç bir cavab almadan geri qayıdıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi