Modern.az

Qəzzada ölənlərin sayı 22 minə çatır 

Qəzzada ölənlərin sayı 22 minə çatır 

Dünya

31 Dekabr 2023, 20:54

Oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 21 min 822 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, daha 56 min 451 nəfər xəsarət alıb.

 

Səhiyyə Nazirliyinin məlumatına görə, təkcə son 24 saat ərzində Qəzza zolağında azı 150 nəfər ölüb, 286 nəfər yaralanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi