Modern.az

Təhlükəsizliyin gücləndirilməsi prioritet vəzifədir - Baş nazir

Təhlükəsizliyin gücləndirilməsi prioritet vəzifədir - Baş nazir

Dünya

31 Dekabr 2023, 23:11

Finlandiyanın Baş naziri Petteri Orpo təhlükəsizliyin gücləndirilməsini ölkə üçün ən vacib vəzifə adlandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, Yeni il müraciətində bildirib.

 

"Finlandiya hökumətinin ən mühüm vəzifəsi ölkənin təhlükəsizliyini gücləndirməkdir. Ölkənin şərq sərhədindəki iğtişaşlar səngiməyib, hökumət vəziyyəti diqqətlə izləyir və alətləşdirilmiş immiqrasiyaya son qoymaq üçün yeni həll yolları hazırlayır", - deyə Petteri Orpo qeyd edib.

 

Baş nazir Ukraynadakı münaqişəyə də toxunub. “Ağır silah-sursat istehsalı gücünü artırmaq kimi milli qərarlarımız Ukraynaya uzunmüddətli dəstək verəcək”, - deyə P.Orpo vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi