Şimali Koreya lideri Kim Çen In ordu komandanlığı ilə Yeni il görüşündə hərbçilərə qarşıdurma yolunu seçib münaqişəyə səbəb olarsa, ABŞ və Cənubi Koreyanı “sarıcı zərbə” ilə məhv etməyə hazır olmağı əmr edib.
Modern.az xəbər verir ki, bu barədə Şimali Koreyanın “Koreyanın səsi” radiosu məlumat yayıb.
"Yoldaş Kim Çen In qeyd etdi ki, inqilabımız amansız irəliləyişlə davam etdikcə, ABŞ və Cənubi Koreyanın onu dayandırmaq üçün səyləri daha da güclənəcək. O, ordumuzda qətiyyətli qarşıdurma ruhu və əsas düşməni aydın dərk etməli olduğunu vurğuladı. Bildirdi ki, ordumuz düşmənlərin hər hansı "təxribat növünü amansızcasına məğlub etməlidirlər. Əgər onlar Şimali Koreya ilə (KXDR) hərbi qarşıdurma seçib münaqişəyə səbəb olsalar, o zaman ordu zərrə qədər tərəddüd etmədən bütün qüvvə və vasitələri səfərbər etməli, sarsıdıcı zərbələrlə düşməni tamamilə məhv etməlidir”, - radio bildirib.