Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Yeni il videomüraciətində qeyd edib ki, 2023-cü il ölkənin azadlığı uğrunda mübarizə üçün son dərəcə çətin keçdi.
Modern.az xəbər verir ki, Zalujnı Ukrayna hərbçilərinə təşəkkür edib:
“Ukraynalı əsgərlər, o cümlədən vətən uğrunda döyüşlərdə həlak olanlar qarşısında ölkənin müdafiəsi naminə mətanət və sədaqətlərinə görə baş əyirəm”.
Zalujnıya görə, 2024-cü il asan olmayacaq.
“Övladlarımızın azadlığı və gələcəyi uğrunda mübarizə davam edir”.
Ali Baş Komandan həmçinin əmin olduğunu bildirib ki, Ukrayna xalqı bütün sınaqlardan ləyaqətlə və addım-addım keçəcək və qələbəni daha da yaxınlaşdıracaq.