“Tayvan və Çin Xalq Respublikasının yenidən birləşməsi qaçılmazdır”.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çin lideri Si Cinpin Yeni il müraciətində bildirib.
“Vətənin yenidən birləşməsi qaçılmazdır. Tayvan boğazının hər iki tərəfində yaşayan həmvətənlər eyni məqsədlərə sahib olmalı və Çinin dirçəlişinin şöhrətini paylaşmalıdırlar”, - Si Cinpin bildirib.
Çin liderinin bəyanatı Tayvanda keçiriləcək prezident seçkilərinə təxminən iki həftə qalmış verilib.
Yanvarın 13-də keçiriləcək seçkilərdə əsas mübarizə Pekinlə konstruktiv münasibətlərin qurulması və Tayvanın müstəqil dövlət elan edilməsinin tərəfdarları arasında gedəcək.
Xatırladaq ki, Tayvan 1949-cu ildə Çin Respublikası hökuməti və Mao Szedunun başçılıq etdiyi kommunistlərə vətəndaş müharibəsində uduzan Homindan Partiyası üçün sığınacaq olub. Onlar yeni Çin hakimiyyətinin legitimliyini tanımayıblar və özlərini kommunistlərə tabe olan ölkənin bir hissəsi hesab etməyiblər.
Pekin Tayvanın suverenliyini tanımır və onu özünün əyalətlərindən biri hesab edir.
ABŞ Tayvan məsələsində Çinə qarşıdır və onların birləşməyini istəmir.