Modern.az

"NUR" uşaqları maarifləndirir

"NUR" uşaqları maarifləndirir

23 Aprel 2010, 11:12

“NUR” Uşaq və Gənclərin İctimai Birliyi 2009-cu ilin dekabr ayında Bakı şəhərində keçirilmiş Azərbaycan Uşaqlarının I Forumunun Bəyannaməsində əks olunmuş müddəaların və təkliflərin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Qurumdan Modern.az-a bildirilib ki, Azərbaycan Uşaqlarının I Forumunun iştirakçıları qərara almışdılar ki,  uşaqlar sağlamlıqları ilə əlaqədar üzləşə biləcəkləri təhlükənin azaldılması üçün dəqiq informasiya və xidmətlər ilə təmin edilməli, həyati bacarıqlara yiyələnməli, HİV/AİDS-lə bağlı məlumat alma imkanına malik olmalı və uşaqların yaşaması üçün təhlükəsiz və qayğıkeş mühit yaradılmalıdır.

Bu istiqamət üzrə "NUR" UGİB, MTV Staying Alive Fondu və Azərbaycan Gənclərinin AİDS-lə Mübarizə Koalisiyası “Uşaqların Göy Qurşağı: HİV/AİDS Maarifləndirməsi paytaxtdan regionlara” adlı Həmyaşıdan-həmyaşıda Təhsil layihəsi çərçivəsində Bakı şəhərində HİV/AİDS Maarifləndirməsi mövzusunda təlim təşkil edəcək. Təlimin keçirilməsində başlıca məqsəd gənclər arasında Sağlam Həyat Tərzini aşılamaq və HİV/AİDS barədə məlumatlılıq səviyyəsini artırmaqdır.

 

Təlimdə 14-18 yaşlı 30 iştirak edəcək və fərqlənən iştirakçılar Diplomla təltif olunacaqlar. Təlim 24 aprel 2010-cu il tarixdə saat 11.00-da “Buta” Gənclərə Dostluq Sağlamlıq Mərkəzində keçiriləcək.

 

“NUR” UGİB HİV/AİDS-in önlənməsi sahəsində fövqəladə xidmətlərinə görə MTV Staying Alive Fondu tərəfindən 2008 və 2009-cu illərdə “STAYING ALIVE AWARD” mükafatı ilə təltif olunub. 2009-cu ildən etibarən MTV Staying Alive Fondunun dəstəyi ilə həyata keçirilən “Uşaqların Göy Qurşağı: HİV/AİDS Maarifləndirməsi paytaxtdan regionlara” adlı Həmyaşıdan-həmyaşıda Təhsil layihəsi 2012-ci ilə qədər davam edəcəkdir.  BMT-nin Baş Assambleyasının Uşaqlara dair Xüsusi Sessiyasının Yekun sənədində 15-24 yaşlı gənclərin ən azı 95%-ni həmyaşıddan-həmyaşıda təhsil, HİV/AİDS, HİV infeksiyasına qarşı həssaslığı azaltmaq üçün yaşam bacarıqlarına dair informasiya ilə təmin etmək məqsəd olaraq təsbit olunub 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir