Yeni il gecəsi Fransada 745 avtomobil yandırılıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, hüquq-mühafizə orqanları müxtəlif cinayət tərkibli hadisələrlə əlaqədar 380 nəfəri saxlayıb.
Nazirlik qeyd edib ki, ötən gecə 2022-ci illə müqayisədə ümumilikdə daha sakit keçib.