Modern.az

Zəlzələ nəticəsində 30 nəfər yaralanıb - Ölənlər var 

Zəlzələ nəticəsində 30 nəfər yaralanıb - Ölənlər var 

Dünya

1 Yanvar 2024, 19:52

Yaponiyanın İşikava prefekturasında baş verən güclü zəlzələlər nəticəsində 30 nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

 

Ölənlərin dəqiq sayı məlum deyil, lakin onların sayı ən azı 10 nəfərə çata bilər. 

 

Qeyd edək ki, Yaponiyada gün ərzində 30-dan çox təkan qeydə alınıb, ən güclüsü 7,6 bal olub.

 

Zəlzələlərdən sonra Rusiyanın Uzaq Şərqində də sunami təhlükəsi elan edilib. Primorsk diyarının sahillərində dalğanın hündürlüyü 30 sm, Vladivostokda 10-20 sm səviyyəsində olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi