Modern.az

Almaniyada 3 nəfər pirotexniki vasitələrdən istifadə edərkən öldü

Almaniyada 3 nəfər pirotexniki vasitələrdən istifadə edərkən öldü

Dünya

1 Yanvar 2024, 21:18

Almaniyada Yeni il gecəsi pirotexniki vasitələrdən istifadə nəticəsində 3 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

 

Nəşrin məlumatına görə, ölüm halları Bavariya, Reynland-Pfalz və Saksoniya federal əyalətlərində qeydə alınıb.

 

Ümumiyyətlə, Almaniyada hüquq-mühafizə orqanlarının qeyd etdiyi kimi, Yeni il gecəsi əvvəlki illərlə müqayisədə nisbətən sakit keçib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi