Modern.az

Yaponiyadakı zəlzələdə ölü sayı ÇOXALIR - YENİLƏNİB

Yaponiyadakı zəlzələdə ölü sayı ÇOXALIR - YENİLƏNİB

Dünya

2 Yanvar 2024, 09:50

Yaponiyanın İşikava prefekturasında baş verən zəlzələ nəticəsində azı 30 nəfər ölüb.

Modern.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

İşikava, Niiqata, Fukui, Toyama və Qifu prefekturalarında yaralıların artdığı bildirilir.

Yaponiya Milli Meteorologiya İdarəsinin məlumatına görə, yanvarın 1-də ölkədə müxtəlif gücdə 30-dan çox zəlzələ baş verib, ən güclü təkanın maqnitudası 7,6 olub.

 

***
Yaponiyada baş verən zəlzələ qurbanlarının sayı 24-ə çatıb.

Modern.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Məlumata görə, azı 50 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ən ağır vəziyyət İşikava prefekturasındadır. Orada 200-dən çox ev yanıb, 50-dən çox bina uçub.

Ən çox qurban isə Vacima şəhərində qeydə alınıb. Orada 15 nəfər ölüb.

Dağılmış binaların qalıqları altında insanların ola biləcəyi ehtimalları var.

Xatırladaq ki. dünən Yaponiyanın qərbindəki İsikava prefekturasında dalbadal güclü zəlzələlər baş verib, yealtı təkanlar Osaka və Kioto şəhərlərində, eləcə də Tokioda hiss olunub.

Məlumata görə, bir gün ərzində baş verən 30-dan çox zəlzələnin ən güclüsü 7,6 maqnitudada qeydə alınıb.

Ölkə ərazisində sunami təhlükəsi elan edilib.

Dağıntılar və itkilər dəqiqləşdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi