Türkiyədə ağır yol qəzası baş verib.
Modern.az AHaber-ə istinadən xəbər verir ki, İstanbuldan Malatyaya gedən sərnişin avtobusu eyni istiqamətdə hərəkət edən yük maşınına çırpılaraq aşıb.
Qəza nəticəsində 4 nəfər ölüb, daha 36 nəfər yaralanıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Qəzaya səbəbin qatı duman olduğu bildirilir.