Yaponiyanın paytaxtı Tokioda yerləşən qatar stansiyası yaxınlığında naməlum şəxs yoldan keçənlərə bıçaqla hücum edib.
Modern.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Bildirilir ki, hücum nəticəsində 4 nəfər xəsarət alıb.
Polis hücum edən şəxsi saxlayıb. Həmin istiqamətdə Tokio qatarlarının hərəkəti dayandırılıb.