Modern.az

ABŞ Qətərlə gizli razılığa gəldi

ABŞ Qətərlə gizli razılığa gəldi

3 Yanvar 2024, 21:31

ABŞ Qətərdəki Əl-Udeyd aviabazasındakı qüvvələrinin mövcudluğunu daha on il müddətinə uzatmaq üçün bu ölkənin hakimiyyəti ilə razılığa gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

 

ABŞ-nin Yaxın Şərqdəki ən böyük aviabazasının saxlanılması müddətinin uzadılması barədə ictimaiyyətə məlumat verilməyib.

 

Telekanal xatırladır ki, 2023-cü ilin sonunda Qətər amerikalıların Qəzza zolağındakı əsirlikdən və Venesuela həbsxanasından azad edilməsində rol oynayıb.

 

ABŞ-nin müdafiə naziri Lloyd Ostin dekabr ayında Əl-Udeydə səfər edib. Səfər zamanı o, ABŞ və Qətərin “ikitərəfli müdafiə əlaqələrini genişləndirmək və gücləndirmək üçün rəsmi addımlar atacaqlarını” bildirib.

 

Bazada 10 000-dən çox Amerika əsgəri yerləşdirilə bilir. Bura əvvəllər ABŞ-ın Əfqanıstan, İran və regionun digər ölkələrində hava əməliyyatlarının mərkəzi olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi