İran Prezidenti İbrahim Rəisi Türkiyəyə səfərini ləğv edib.
Modern.az xəbər verir ki, bu barədə "Irna" agentliyi məlumat yayıb.
İran Prezident Aparatının siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi deyib ki, Kirmanda baş verən terror aktından sonra Rəisinin Türkiyəyə səfərinin ləğv edildiyini və səfərin başqa vaxt baş tutacağını deyib.
Qeyd edək ki, İbrahim Rəisinin sabah Türkiyəyə səfəri planlaşdırılmışdı.