Modern.az

Seçkilərdə MDB missiyasına kim rəhbərlik edəcək?

Seçkilərdə MDB missiyasına kim rəhbərlik edəcək?

3 Yanvar 2024, 23:50

Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində MDB-dən olan müşahidəçilər missiyasına təşkilatın baş katibi Sergey Lebedev rəhbərlik edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yayılıb.

 

Onun namizədliyi Birliyə üzv dövlətlərin nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının qərarı ilə təsdiq edilib.

 

Qeyd edək ki, MDB-nin müşahidəçilər missiyası Azərbaycan tərəfinin dəvəti ilə seçki kampaniyasının gedişini izləyəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi