İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei Kirmanda törədilən bombalı hücumla əlaqədar çağırış edib.
Modern.az xəbər verir ki, bu barədə “New York Times” bildirib.
Məlumata görə, o, ABŞ ilə birbaşa hərbi qarşıdurmadan çəkinməyi, İsrailə qarşı cavab əməliyyatlarını və İranyönümlü “proksi qrupların” ABŞ bazalarına hücumu məhdudlaşdırmağı əmr edib.
O, bir müddət əvvəl hadisə ilə bağlı sərt cavab veriləcəyini vurğulamışdı.
Qeyd edək ki, yanvarın 3-də İranın Kirman şəhərində partlayış nəticəsində 103 nəfər ölüb, 211 nəfər isə yaralanıb.