Uralskda qaz-hava qarışığının partlaması nəticəsində kafe binasının uçub. Nəticədə 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə Qərbi Qazaxıstan vilayətinin Fövqəladə Hallar Departamentinin mətbuat xidməti məlumat yayıb.
“Hazırda Fövqəladə Hallar Departamentinin qüvvələri dağılmış tikililərin altından 6 nəfəri aşkar edərək xilas edib, onlardan 5-i tibb müəssisələrinə çatdırılıb, 1 nəfər xəstəxanaya yerləşdirilməkdən imtina edib ”, - məlumatda deyilir.
Xilasedicilərin sözlərinə görə, dağılmış tikililərin altında daha çox insan ola bilər. Hadisə yerində Fövqəladə Hallar İdarəsi, polis, yerli icra orqanları və təcili tibbi yardım xidməti fəaliyyət göstərir.