Modern.az

Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək

Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək

4 Yanvar 2024, 09:50

Rusiyanın Ukrayna şəhərlərinə kütləvi hava hücumlarına cavab olaraq Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək. İclasda Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsini müzakirə ediləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba özünün X sosial şəbəkə hesabında bildirib.

 

D.Kuleba qeyd edib ki, Alyans Kiyevin Ukrayna-NATO Şurasının fövqəladə iclasının keçirilməsi tələbini dəstəkləyib.

 

“Əsas mövzulardan biri Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi olacaq”, - deyə nazir bildirib.

 

Kuleba əlavə edib ki, bu, Avro-Atlantik birliyin “vacib siqnalıdır”.

 

Xatırladaq ki, Ukrayna-NATO Şurası Ukrayna ilə Şimali Atlantika Alyansına üzv ölkələr arasında müxtəlif səviyyələrdə məsləhətləşmələrin aparıldığı platformadır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi