İranın ali dini lideri Ayətullah Əli Xamenei Kirman qəbiristanlığında törədilən partlayışdan sonra ölkənin hərbi rəhbərliyini “strateji səbir” göstərməyə və ölkəni ABŞ-la birbaşa hərbi münaqişəyə sürükləməkdən çəkinməyə çağırıb.
Modern.az xəbər verir ki, bu barədə "New York Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qəzet yazır ki, Kirmandakı qəbiristanlıqda törədilən terror aktının mümkün səbəbkarı İŞİD və ya digər terror qruplaşmasıdır.
Qeyd edək ki, İranın Kirman şəhərində SEPAH-ın Qüds qüvvələrinin keçmiş komandiri Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığın yaxınlığında iki partlayış baş verib, hadisə nəticəsində 100-ə yaxın ölən, 200-dən çox yaralı olub. Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.