Modern.az

Qaregin Njdenin təbliği qəbuledilməzdir - İsrail səfirindən REAKSİYA

Qaregin Njdenin təbliği qəbuledilməzdir - İsrail səfirindən REAKSİYA

4 Yanvar 2024, 11:00

Nasist təəssübkeşi Qaregin Njdenin təbliği qəbuledilməzdir.

 

Modern.az xəbər verir ki, bunu İsrailin Ermənistan və Moldovadakı qeyri-rezident səfiri Coel Lion “X” hesabında İrəvanda Njdenin şərəfinə yürüşü şərh edərkən yazıb.

 

“2024-cü il yanvarın 1-də İrəvanda “Sieg Heil” şüarı altında keçirilən yürüşdən çox narahatam. Nasist təəssübkeşi Qaregin Njdenin təbliği qəbuledilməzdir. Hakimiyyət neonasizmin və antisemitizmin bütün formalarına qarşı qəti mövqe tutmalıdır”, - o yazıb.

 

Qeyd edək ki, İrəvanda neonasistlər faşist Reyxi ilə əməkdaşlıqda günahlandırılan erməni nasist Qaregin Njdenin doğum günü şərəfinə yürüş keçiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi