Modern.az

MİT daha bir PPK terrorçusunu ZƏRƏRSİZLƏŞDİRDİ

MİT daha bir PPK terrorçusunu ZƏRƏRSİZLƏŞDİRDİ

4 Yanvar 2024, 13:17

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Süleymaniyyə şəhərinin Pəncəvin çölündə Türkiyəyə qarşı əməliyyat planları hazırladığı aşkarlanan PKK/KCK terrorçusu Sadık Şeyx Əhmədi zərərsizləşdirib.

 

Modern.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

 

Bildirilib ki, MİT-in apardığı araşdırmalarda Sadık Şeyx Əhmədin İraqın Süleymaniyyə şəhərinin Pencevin çölündə fəaliyyət göstərən və Türkiyəyə qarşı əməliyyat planlaşdıran Eriş Berxvedan kod adlı terrorçu olduğu müəyyən edilib.

 

Kəşfiyyatçılar PKK/KCK-nın İraqdakı yüksək səviyyəli təşkilat hücum/təxribat planına strateji dəstək verən Sadık Şeyx Əhmədin yerini müəyyən edib. Sadık Şeyx Əhməd MİT-in keçirdiyi əməliyyatla zərərsizləşdirilib.

 

Qeyd edilib ki, o, Türkiyəyə Suriyada rejim əleyhinə hərəkatlar başlayandan sonra gəlib. Berxvedan 2015-ci ildə Suriyaya qayıdıb və PKK/YPG tərkibində silahlı fəaliyyətə başlayıb. O, uzun müddət Suriyada təşkilat adından müxtəlif vəzifələrdə fəaliyyət göstərib. Sonra İraqa köçüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi