Modern.az

Ərdoğan CHP liderindən aldığı təzminatı orduya bağışladı

Ərdoğan CHP liderindən aldığı təzminatı orduya bağışladı

4 Yanvar 2024, 17:50

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “şəxsi hüquqlarının pozulması” əsasında ölkənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özelə qarşı keçirilən məhkəmə işi Ərdoğanın xeyrinə yekunlaşıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı Ərdoğanın vəkili Hüseyin Aydın X sosial media hesabında paylaşım edib.

 

Bildirilib ki, Prezident Ərdoğan məhkəmə qərarına əsasən, Özelə kəsilən 65 min türk lirəsi məbləğində mənəvi təzminatı Türkiyə Silahlı Qüvvələrinin Mehmetcik Vəqfinə bağışlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi