İŞİD terror təşkilatı İranın Kirman şəhərində törədilən partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb.
Modern.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi kanalları məlumat yayıb.
Xatırladaq ki, yanvarın 3-də baş verən iki partlayışda 103 nəfər ölüb, 211 nəfər yaralanıb.
Ölənlərdən 84 nəfərinin şəxsiyyəti müəyyənləşib.