Ukrayna Baş naziri Denis Şmıqal fevral ayında Yaponiyaya səfər edəcək.
Modern.az xəbər verir ki, bunu Ukraynanın Yaponiyadakı səfiri Sergey Korsunski deyib.
O qeyd edib ki, Smıqal Tokioda iqtisadi inkişaf və dirçəliş üzrə ikitərəfli konfransın keçirilməsi ilə əlaqədar Yaponiyaya səfər edə bilər. Ukraynanın Yaponiyadakı səfirliyi onun səfərinə hazırlaşır.
“Bu, bir nömrəli tapşırıqdır”, - səfir bildirib.