Modern.az

Fidan iranlı həmkarı ilə müzakirələr apardı

Fidan iranlı həmkarı ilə müzakirələr apardı

4 Yanvar 2024, 23:12

Türkiyə xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

 

Telefon danışığı zamanı Fidan İranın Kirman şəhərində törədilən terror aktında həyatını itirənlərlə bağlı həmkarına başsağlığı verib.

 

Nazirlər İran Prezidenti İbrahim Rəisinin terror aktı ilə əlaqədar Türkiyəyə təxirə salınan səfərinin yaxın gələcəkdə baş tutmasını müzakirə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi