Modern.az

Fransızlar Baş nazirin istefasını istəyir

Fransızlar Baş nazirin istefasını istəyir

5 Yanvar 2024, 08:05

Fransa sakinlərinin əksəriyyəti baş nazir Elizabet Bornun istefasının tərəfdarıdır.

 

Modern.az xəbər verir ki, bunu “Odoxa” sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələri göstərir.

 

"Fransızların 66 faizi Elizabet Bornun getməsinin tərəfdarıdır. Əvvəllər heç vaxt bu qədər çox vətəndaş onun istefasını istəməmişdi", - hesabatda qeyd edilir.

 

Həmçinin respondentlərin 68 faizi onun hökumət başçısı kimi fəaliyyətinin qeyri-qənaətbəxş olduğunu düşünür. Sorğuda iştirak edənlər hazırki baş nazirin vətəndaşların problemlərinə biganə yanaşdığına inanır, həm də onu səriştəsiz və dialoqa hazır olmayan adlandırırlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi