Modern.az

Liberiya bayraqlı Hindistan gəmisi Somali sahillərində girov götürülüb

Liberiya bayraqlı Hindistan gəmisi Somali sahillərində girov götürülüb

5 Yanvar 2024, 10:52

Göyərtəsində hindistanlı ekipajın olduğu Liberiya bayraqlı yük gəmisi "MV Lila Norfolk" Somali sahillərində qaçırılıb.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə ANI məlumat yayıb.

 

Agentliyin məlumatına görə, hadisə yerinə hərbi təyyarə göndərilib.

 

“Somali sahillərində qaçırılan Liberiya bayraqlı gəminin göyərtəsində 15 hindistanlı ekipaj üzvü var. Gəmi Hindistan Hərbi Dəniz Qüvvələrinin təyyarələri tərəfindən izlənilir, ekipajla əlaqə qurulub”, - agentliyin Hindistan MN-ə istinadən yaydığı məlumatda deyilir.

 

Hindistan Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, yük gəmisinin ekipajı Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzinə yanvarın 4-ü axşam saatlarında təxminən 5-6 naməlum silahlı şəxsin gəmiyə mindiyi barədə məlumat verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi