Modern.az

ABŞ strateji bombardmançısı qəzaya uğrayıb

ABŞ strateji bombardmançısı qəzaya uğrayıb

5 Yanvar 2024, 12:12

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-1B Lancer" bombardmançı təyyarəsi Cənubi Dakotada qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Ellsvörs bazasının rəsmi feysbuk səhifəsində məlumat yayılıb.

 

Təyyarədə 4 ekipaj üzvü olub, onların hamısı sağ qallmağı bacarıb. Hadisə zamanı "B-1B Lancer" təlim missiyasını yerinə yetirirmiş. Təyyarə eniş edərkən qəzaya uğrayıb.

 

B-1 səsdən sürətli bombardmançı 1980-ci illərdə xidmətə başlayıb. 100 belə təyyarədən, indi təxminən 60-ı ABŞ Hərbi Hava Qüvvələrində xidmətdədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi