Modern.az

Putinin namizədliyi üçün imzatoplama davam edir

Putinin namizədliyi üçün imzatoplama davam edir

5 Yanvar 2024, 16:34

Yeni müddətə namizədliyini irəli sürən Rusiya prezidenti Vladimir Putinin seçki qərargahına ölkənin 19 rayonundan seçicilərin imzası gəlib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, yaxın vaxtlarda daha 69 rayondan siyahılar qərargaha gəlməlidir.

 

Federal qərargah Moskva, Sankt-Peterburq, Belqorod, Bryansk, Vladimir, Voronej, İvanovo, Kaluqa, Kostroma, Kursk, Lipetsk, Oryol, Ryazan, Smolensk, Tambov, Tver, Tula, Yaroslavl və Leninqradda toplanmış imzaları qəbul edib.

 

Qərargahın mətbuat katibi Aleksandra Suvorovanın jurnalistlərə verdiyi məlumata görə, indi imzalar qərargahın vəkilləri tərəfindən yoxlanılacaq. Onun sözlərinə görə, imzatoplamanın başa çatmasından söhbət getmir, imzaların toplanılması ölkənin bütün bölgələrində davam etdiriləcək. Vladimir Putinin namizədliyinin dəstəklənməsi üçün artıq neçə imzanın toplandığı açıqlanmır.

 

Putin prezident seçkilərində namizəd kimi qeydiyyatdan keçmək üçün ən azı 300 min seçici imzasını toplayaraq Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir. Dekabrın 23-də onun namizədliyinin müdafiəsi üçün imza toplanmasına başlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi