Modern.az

Qasırğa Belçikada 40-dan çox evə ziyan vurub

Qasırğa Belçikada 40-dan çox evə ziyan vurub

5 Yanvar 2024, 17:36

Belçikanın Antverpen və Meçelen şəhərləri arasında 40-dan çox ev qasırğa nəticəsində zədələnib.

 

Modern.az Belçika mətbuatına istinadən xəbər verir ki, onlardan ikisi yaşayış üçün yararsız elan edilib.

 

İlkin məlumata görə, xəsarət alan yoxdur. Qasırğa 4 km ərazidə evlərin damlarını qoparıb, həmçinin Antverpen şəhərinin böyük qış bağını dağıdıb. Tornado həmçinin bir neçə tövləni dağıdıb və yerli qəbiristanlığa ziyan vurub.

 

Belçikanın əksər hissəsində bu günlərdə əlverişsiz hava hökm sürüb. Güclü yağış yağıb və külək əsib. Artıq əksər yerlərdə binaların təhlükəsizliyini təmin edilib və sakinlər qayıdıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi