Almaniyanın xarici işlər naziri Annalena Berbok İsrailə səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər yanvarın 6-da baş tutacaq. O, İsraildə həmkarı İsrael Katz, Prezident İsaak Herzoqla görüşlər keçirəcək.
Daha sonra Berbok Fələstin Prezidenti Mahmud Abbas və Fələstinin xarici işlər naziri Riyad əl-Maliki ilə də görüşlər keçirəcək. Nazirin Misir və Livana da səfəri planlaşdırılır.
Qeyd edək ki, bu, oktyabrın 7-dən bəri Almaniya xarici işlər nazirinin İsrailə dördüncü səfəri olacaq.