Modern.az

Sabiq spiker vəfat etdi 

Sabiq spiker vəfat etdi 

5 Yanvar 2024, 20:28

Ukrayna Ali Radasının sabiq sədri Oleksandr Tkaçenko vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə aparıcı Mikola Kanişevski məlumat yayıb.

 

84 yaşlı siyasətçi son 10 il ərzində xəstə idi və əlil arabası vasitəsilə hərəkət edirdi. 

 

Tkaçenko 1994-cü ildən 1998-ci ilədək ölkə parlamentinin sədr müavini, 1998-ci ildən 2000-ci ilədək isə spikeri olub.

 

O, 1994-cü ildən 2005-ci ilədək prezident olmuş Leonid Kuçmaya müxalif olub. 

 

Yaşasaydı, martda 85 yaşı tamam olacaqdı.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi