Modern.az

Təhsil Nazirliyi 123 məktəbdən 94-nü seçib

Təhsil Nazirliyi 123 məktəbdən 94-nü seçib

23 Aprel 2010, 13:23

"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsin I mərhələsinə yekun vurulub. Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə,  bu müsabiqədə iştirak etmək üçün 123 məktəb müraciət edib. Onlardan 49-u Bakı, qalanları digər şəhər və rayonların təhsil müəssisələridir. Müsabiqədə iştirak etmək üçün  sənədləri qəbul edilmiş 123 məktəbin Təhsil Nazirliyində yaradılmış işçi qrupu tərəfindən  göstəriciləri müəyyən edilmiş şərtlər daxilində müvafiq əmsallar tətbiq olunmaqla 17 parametr üzrə qiymətləndirilib və buna uyğun olaraq hər bir məktəbə bal verilib. Təşkilat Komitəsinin  qərarı ilə 123 məktəbdən 94-ü II mərhələyə buraxılıb. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!