Modern.az

Baydenin rəqibi ABŞ-ı NATO-dan çıxarmaq istəyir

Baydenin rəqibi ABŞ-ı NATO-dan çıxarmaq istəyir

Dünya

6 Yanvar 2024, 14:33

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Vivek Ramasvami ölkəni Şimali Atlantika Alyansından (NATO) çıxarmaq niyyətini açıq şəkildə bəyan edib.

 

Modern.az xəbər verir ki, bu barədə Amerikanın “Politico” qəzeti yazıb.

 

Ramasvami hesab edir ki, NATO müttəfiqlərinin əksəriyyəti hərbi investisiya öhdəliklərini yerinə yetirmir və Amerika buna görə sərmayələrini yenidən qiymətləndirməyi planlaşdırır. O həmçinin belə düşünür ki, NATO-nun Soyuq Müharibədən sonrakı ekspansionizmi Rusiya ilə böyük münaqişə riskini əsassız olaraq artırıb.

 

Vivek Ramasvami 2023-cü ilin oktyabrında "Politico"ya ABŞ-ın NATO-dan çıxması ideyasının ağlabatan olduğunu söyləmişdi. Bununla belə, o, ölkənin blokdan çıxmasını dəstəkləməyib, çünki belə bir qərar “böyük transatlantik böhrana” səbəb ola bilər.

 

2023-cü ilin dekabrının sonunda ABŞ Konqresi prezidentin birtərəfli qaydada alyansdan çıxmaq qərarına gəlməsini qadağan edən qanun qəbul edib. İndi ABŞ-ın NATO-dan çıxması üçün Konqresin qətnaməsi lazımdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi