Modern.az

Aİ, Türkiyə və Britaniya aviadaşıyıcıları "Boeing" təyyarələrini ARAŞDIRIR

Aİ, Türkiyə və Britaniya aviadaşıyıcıları

Dünya

7 Yanvar 2024, 09:32

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) yoxlamalar üçün "Boeing 737 MAX 9" təyyarələrinin müvəqqəti olaraq uçuşlarının dayandırılması barədə göstəriş verib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

 

Tənzimləyici qeyd edib ki, hazırda heç bir Aİ ölkəsi bu konfiqurasiyada təyyarələri idarə etmir. Qərar ABŞ-da Alyaska Hava Yollarına məxsus təyyarənin nasazlıqdan təcili eniş etməsi hadisəsindən sonra verilib.

 

Oxşar addım Böyük Britaniya və Türkiyə aviadaşıyıcıları tərəfindən də atılıb.

 

Qeyd edək ki, dünən Portlend-Ontario marşrutu üzrə hərəkət edən "Boeing 737-9 MAX" sərnişin təyyarəsi təyyarənin təcili çıxış lyuku - pəncərəsi qopduqdan sonra havaya qalxdığı aeroporta məcburi eniş edib. ABŞ Nəqliyyat Departamenti təcili enişin səbəbləri ilə bağlı araşdırma aparıldığını açıqlayıb. Uçuşu həyata keçirən "Alaska Airlines" bu tipli 65 təyyarədə uçuşları dayandırıb. FAA yoxlamalar üçün seçilmiş "Boeing 737-9 MAX" təyyarələrinin uçuşlarının dayandırılması barədə göstəriş verib.

Bu xəbər ilə bağlı
Pəncərəsi qopan təyyarə məcburi eniş edib
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi