Modern.az

Belarus kosmik tədqiqatlara ayrılan vəsaiti kortofçuluğa xərcləyəcək

Belarus kosmik tədqiqatlara ayrılan vəsaiti kortofçuluğa xərcləyəcək

Dünya

7 Yanvar 2024, 11:58

Belarus Nazirlər Şurası kənd təsərrüfatı sektorunda innovativ layihənin maliyyələşdirilməsini artırmaq məqsədilə Milli Elmlər Akademiyasının üç istiqamət üzrə xərclərini azaldıb.

 

Modern.az "Sputnik Belarus"ə istinadən xəbər verir ki, kartofçuluğun inkişaf etdirilməsi üçün kosmik tədqiqatlara ayrılan vəsait ixtisar olunub.

 

Pulun əsas hissəsini Yerin məsafədən zondlanması üçün Belarus kosmik sisteminin yaradılması proqramından - təxminən 2 milyon rubl - kəsməklə təmin etmək qərara alınıb. Qalanı isə Milli Elmlər Akademiyasının elmi təşkilatları tərəfindən sosial tədqiqatlara və məhsul istehsalına ayrılan vəsaitlərin azaldılması hesabına əldə ediləcək.

 

Bunun əvəzində Toloçin konserv zavodunda kortof anbarı yaradılacaq. Bu müəssisə şərab, qızardılmış kartof yarımfabrikatları, nişasta və digər məhsullar istehsal edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi