Modern.az

“Artsax” ermənilər üçün keçmişə çevrilməyəcək! - II Qaregindən revanşist bəyanat

“Artsax” ermənilər üçün keçmişə çevrilməyəcək! - II Qaregindən revanşist bəyanat

Dünya

7 Yanvar 2024, 12:51

Bütün ermənilərin katolikosu II Qaregin İsa Məsihin mövlüd günü ilə bağlı dünən İrəvanın əsas kilsəsində keçirilən mərasimdə yenə qondarma “artsax”dan danışıb.

Modern.az-ın məlumatına görə, o bəyan edib ki, “artsax” ermənilər üçün heç vaxt keçmişə çevrilməyəcək.
 

Qarabağın itirilməsini həzm edə bilməyən katalikos “artsax” separatçılarına qarşı keçirilən antiterror tədbirləri zamanı onların tək qaldığını xatırladıb. O, “artsax erməniləri”nin hazırda sərgərdan durumda qaldıqlarını vurğulayıb və erməni diasporunu Azərbaycana qarşı birləşməyə çağırıb.

“Artsax bizim üçün heç vaxt keçmişə çevrilməyəcək, biz onu bundan sonra da qəlbimizdə və ruhumuzda yaşadacağıq, “artsax xalqı”nın hüquqlarını qorumaq üçün hər cür səy göstərəcəyik”, - II Qaregin bildirib

II Qaregin bu çıxışla bir daha erməni terroru və separatizminin mənbəyinin kilsə olduğunu sübut edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi