Modern.az

Mişeli Orban əvəzləyə bilər - BU HALDA...

Mişeli Orban əvəzləyə bilər - BU HALDA...

Dünya

7 Yanvar 2024, 13:45

Şarl Mişel istefa verərsə, Macarıstan baş naziri Viktor Orban müvəqqəti olaraq Avropa İttifaqı Şurasına rəhbərlik edə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

 

Nəşr qeyd edib ki, Mişel namizədliyini irəli sürməyi planlaşdırdığı Avropa Parlamentinə seçilsə və Aİ liderləri tez bir zamanda ona sələf seçə bilməsələr, bu ehtimal baş verə bilər.

 

Bu halda Orban 6 ay müddətində Avropa İttıfaqı Şurasına rəhbərlik edəcək, Macarıstan isə iyulda Şurada rotasiya səsverməsini öz üzərinə götürəcək.

 

“Politico” vurğulayıb ki, bu - Avropa İttifaqı Şurasının hazırkı prezidentinin Avropa Parlamentinə seçkilərdə iştirakı və ilk dəfə olaraq vəzifəsini vaxtından əvvəl tərk etməsi - nadir haldır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi