Modern.az

Hüseynqulu Bağırov: "Azərbaycan ferma deyil, ölkədir”

Hüseynqulu Bağırov: "Azərbaycan ferma deyil, ölkədir”

Ölkə

23 Aprel 2010, 14:00

Bu gün YAP-ın qərragahında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov mətbuat konfransı keçirib. Nazir bir ildə görülmüş işlərin hesabatını verib.
Hüseynqulu Bağırov bildirib ki, Prezidentin bu ili “Ekologiya ili” elan etməsi təqdirəlayiq haldır. “Konkret “Ekologiya ili” ilə bağlı tədbirlər çoxsahəlidir. 2010-2014-cü illər üçün əlavə tədbirlər hazırlanır. Hazırda icarəyə hazır olan lahiyələrimiz də var”.

Nazir qeyd edib ki,  Azərbaycanın meşə örtüyü 0.4% artıb. “Yolların kənarına 12-15 cərgəlik meşə zolağı salınır. Bakı-Qazax yolu ətrafında çox böyük işlər görülür. Bakı-Astara yolu boyunca 50 hektar ərazidə ağaclar əkilib. Zığ gölündə isə mütəşəkkil işlər gedir. Göllər qurudulur. Payızda həmin ərazidə yaşıllaşdırma işləri aparılacaq. Bayıl yamacında 60 hektar ərazidə damcılı suvarma aparılacaq. Hövsanda 902 hektar ərazidə yaşıllaşma işlərinə başlanılıb. Şirvanda milyonlarla hektar ərazi isə duzlaşıb. Melorasiya agentliyi var.Artıq bu agentliyin  maliyyə imkanları artıb. Bu istiqamətdə də işlər aparılacaq. Şüvəlanda bataqlıalar qurudulub. İndi orda tikinti işləri aparılır”.

Hüseynqulu Bağırov Xəzər dənizi suyunun şirinləşdirilməsi ilə bağlı olan lahiyə barədə də danışıb: “Bu lahiyəni həyata keçirməkdə əsas məqsədimiz əhalinin içməli su ilə təmin etmək deyil. Azərbaycanda yetərincə içməli su ehtiyatı var. Cənubi Qafqazda su ehtiyatının 10-15% -i Azərbaycanın payına düşür. Bu bizə yetərlidir. Xəzər dənizi tükənməz su ehtiyatı olduğu üçün əsas məqsədimiz kənd təsərrüfatında suvarmaya olan ehtiyacı ödəməkdir. Bununla bağlı pilot lahiyələr həyata keçiriləcək. Biz istəyirik ki, Şirvan parkı bütünlükdən təmizlənmiş dəniz suyundan istifadə etsin”.

Son zamanlarda sürüşmələrin artmasına gəlincə H.Bağırov deyib ki, tikinti aparılan ərazilərin sürüşmə zonası olub –olmaması ilə bağlı onlara həmişə müracət olunmur. “Bakı-Abşeron yarmadasında sürüşmə əhəmiyyətli yer tutmur. Ancaq tikinti işləri aparılanda mütləq bunlar nəzərə alınmalıdır. Sürüşmənin digər səbəbi səhralaşmanın yaranması, suvarma işlərinin düzgün aparılmamsıdır. Ölkədə səhralaşma mal-qaranın otarılmasının nəticəsidir. Azərbaycan ferma deyil, ölkədir”. H.Bağırov faydalı qazıntılardan da danışıb. O vurğulayıb ki, Göygöl rayonunda yeni iri qızıl yatağı aşkar edilib. “Faydalı qazıntılar aparılır, 170 yeni yataqda qazıntı işləri aparılaraq təhvil verilib. Faydalı qazıntıların aşkarlanması ilə bağlı intensiv işlər gedir. Göygöldə tapılan yeni qızıl yatağı Daşkəsəndə olan yatqdan da zəngindir”.

Ölkədə ilan zəhərinin sistehasılının dayandırılmasına gəlincə, H.Bağırov qeyd edib ki, bu təbiətə müdaxilədir. “Hər şeyə isteklakçı kimi baxmaq olmaz. Biz  nazirlik olaraq ilandan zəhər alınmasının əleyhinə olmalıyıq. Səhiyə Naziriliyi bunun düzgün iş olmadığını bildiyinə görə ilandan zəhər alınmasını dayandırıb. Nəticədə 54 kq zəhər satılmamış qalıb”.  

Təhminə Paşayeva

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı