Modern.az

İsraildə hücum cəhdinin qarşısı alındı

İsraildə hücum cəhdinin qarşısı alındı

Dünya

7 Yanvar 2024, 21:37

İsrailin təhlükəsizlik qüvvələri Qüds yolunda avtomobillə hücum cəhdinin qarşısını alıb. Hadisə nəticəsində bir fələstinli uşaq güllə yarasından ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.

 

Məlumata əsasən, insident İordan çayının qərb sahilində, Qüds yaxınlığında yerləşən yəhudi Givat Zeev qəsəbəsi yaxınlığındakı keçid məntəqəsində baş verib. Avtomobilin toqquşması nəticəsində iki nəfər yüngül bədən xəsarətləri alıb.

 

Polis hadisəni terror aktı kimi qiymətləndirir, sürücü sərhədçilər tərəfindən zərərsizləşdirilib.

 

Hadisə nəticəsində üç yaşlı fələstinli qız yaralanıb və onun ölüm xəbəri hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları tərəfindən təsdiqlənib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi