Modern.az

İsrail Hizbullahın hədəflərinə zərbələr endirib

İsrail Hizbullahın hədəflərinə zərbələr endirib

Dünya

8 Yanvar 2024, 11:16

İsrail Müdafiə Qüvvələri (IDF) Livandakı Hizbullah yaraqlılarının hədəflərinə zərbələr endirib.

 

Modern.az xəbər verir ki, bu barədə IDF məlumat yayıb.

 

Məlumata görə, vurulan hədəflər arasında Marvahina bölgəsindəki yaraqlıların hərbi birləşməsi, həmçinin Aita əl-Şab bölgəsindəki raket buraxılış qurğusu olub.

 

Livandakı hədəflərə hücumlar pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib. IDF qeyd edib ki, yaraqlılar Aita əş-Şabda zədələnmiş raket qurğusundan İsrail ərazisini atəşə tutub.

 

Yanvarın 7-də axşam saatlarında “The Times of Israel” qəzeti Hizbullahın İsrail Hərbi Hava Qüvvələrinin Meron dağındakı bazasına zərbə endirməsi barədə məlumat yayıb. Hizbullah Livanla sərhəddən 8 km aralıda yerləşən bazaya 40-a yaxın raket zərbəsi endirib. Yaraqlılar bildiriblər ki, zərbə HƏMAS lideri Saleh əl-Arurinin keçən həftə Qəzza zolağında öldürülməsinə cavabdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi