Modern.az

Tiflisdə 12 min abonent qazsız qalıb - SƏBƏB

Tiflisdə 12 min abonent qazsız qalıb - SƏBƏB

Dünya

8 Yanvar 2024, 12:38

Gürcüstan paytaxtı Tiflisin İsan rayonunda yeraltı qaz kəmərində baş vermiş qəza nəticəsində 12 mindən çox abonent qazsız qalıb.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, qəza yanvarın 7-də axşam saatlarında Lex Kaçinski küçəsində baş verib.

 

Fərdi evlərin sakinlərindən başqa İsan rayonundakı bir neçə restorana, tibb müəssisəsinə, Dövlət Audit Xidmətinə və bazara qaz verilmir.

 

Qaz təchizatının bərpası üzrə təmir işlərinə start verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi