Modern.az

Ukraynada müharibədə 520 uşaq ölüb

Ukraynada müharibədə 520 uşaq ölüb

Dünya

8 Yanvar 2024, 12:32

Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində indiyə qədər 520 uşaq ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun "Telegram" hesabında bildirilib.

 

"8 yanvar 2024-cü il səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində indiyə qədər 520 uşaq həlak olub, 1186 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - məlumatda deyilir.

 

Baş Prokurorluq bildirib ki, bu, yekun rəqəm deyil, aktiv hərbi əməliyyatlar aparıldığı yerlərdə, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə məlumat toplanması davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi